Valideynlərinin uşaqlıqda boşanmasını yaşayan insanlarda insult keçirmə riski daha yüksəkdir

Beynəlxalq Kanada və ABŞ alimlərindən ibarət bir qrup, uşaqlıqda valideynlərinin boşanmasını yaşamış şəxslərin yaşlılıqda insult riskinin 61% daha yüksək olduğunu müəyyən edib.
“Ulusum”.az xəbər verir ki, bu tədqiqatın nəticələri PLOS One elmi jurnalında dərc olunub.
Tədqiqatçılar 13.205 amerikalı yaşlının məlumatlarını təhlil ediblər. Onlardan 13,9%-i uşaqlıqda valideynlərinin boşanmasının şahidi olmuşdur.
Aparıcı müəllif Məry Kət Şilkenin sözlərinə görə, insultla əlaqəli siqaret çəkmə, fiziki fəaliyyətin olmaması, aşağı gəlir və təhsil səviyyəsi, diabet, depressiya və sosial dəstək çatışmazlığı kimi faktorlar nəzərə alınsa belə, valideynləri boşanmış şəxslərin insult keçirmək ehtimalı 61% daha yüksək idi.
Əsas müşahidələr:
Güclü əlaqə: Valideynlərin boşanması ilə insult riski arasında olan əlaqə diabet və depressiya ilə əlaqəli risklərə bərabərdir.
Naməlum səbəblər: Bu əlaqənin səbəbləri tam aydın deyil, lakin alimlər bunun bioloji və sosial faktorların birgə təsirindən qaynaqlandığını düşünürlər.
Bu tədqiqat valideynlərin boşanmasının uzunmüddətli sağlamlıq təsirlərini nəzərdən keçirmək üçün mühüm bir göstərici kimi qəbul edilir.

Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
“Bananı da yumaq lazımdır!” – Ekspert