İngiltərəli aktrisa Keyt Uinslet qorxusunu etiraf edib: o, inəklərdən qorxur

Oskar mükafatı sahibi, ingiltərəli aktrisa Keyt Uinslet "Stephen Colbert ilə Gecə Şousu"nda qorxusunu etiraf edib: o, inəklərdən qorxur. Bu barədə ew.com məlumat yayıb.
Uinslet inəkləri ən qorxulu heyvanlar hesab edir. Aktrisa çox vaxt yürüşlərə çıxdığını və bu zaman bir çox inək sürüləri ilə qarşılaşdığını etiraf edib. Belə anlarda o, çox qorxduğunu bildirib.
Uinslet əlavə edib ki, özü heç vaxt inəklərin aqressiyasına məruz qalmayıb. Ancaq aktrisanın sözlərinə görə, İngiltərədə bu heyvanlarla əlaqəli bir çox bədbəxt hadisə baş verir. Buna görə də tanınmış şəxs onlara ehtiyatla yanaşır.
Uinsletin fikrincə, bu fobiya çox da məntiqli deyil. O, bunu necə idarə etməyi öyrənmək istəyir.
"Bilirsən, əslində inəklər o qədər də qorxulu deyillər, elə deyilmi?" – aktrisa bölüşüb.
Dekabr ayında Keyt Uinslet gənc yaşlarından etibarən görünüşünə olan diqqətdən əziyyət çəkdiyini etiraf etmişdi. Aktrisa xatırlayib ki, onun çəkisi ilə bağlı ilk tənqid məktəbdə dram dərnəyinin rəhbəri tərəfindən olub. O, aktrisaya "o cür görünəcəksə, yalnız 'kök' rollarıyla kifayətlənməli olduğunu" deyib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır