13-01-2025, 10:30 0 Maraqlı

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır
Psixologiyada bir çox maraqlı davranış nümunələri, şablonları mövcuddur – hər birimiz öz temperamentimizə, xarakterimizə və şəxsiyyət xüsusiyyətlərimizə sahibik. Lakin eyni zamanda, hər birimiz nəsillər zəncirində bir halqayıq və bəzən biz "atalarımızın borclarını" ödəməli oluruq. Ekspert Anna Suxova ilə birlikdə bu məsələyə daha ətraflı nəzər salırıq.

Müasir psixoterapiyada parlaq fiqurlardan biri olan Ann Anselin Şutzenbergerin müəllif metodu mövcuddur – bu metod "transgenerasional psixogenealogik konseptual terapiya" adlanır. Bu metodun əsas alətlərindən biri genososiogramadır. Məhz bu alət, şəxsi və ailə münasibətlərinin mürəkkəb düyününü açmağa və nəsillərin zərərli davranış şablonlarını aşkar etməyə imkan verir. Bu psixoterapiya metodu, bütün nəsillərin şüursuz reaksiyalarını açaraq, insanın öz həyatına şüurlu və müstəqil yanaşmasına, keçmişin mənfi təkrarlanmasının qarşısını alaraq onunla irəliləməsinə şərait yaradır.

Psixologiyada insanların eyni yaşda və ya eyni gündə əhəmiyyətli travmatik və ya sevincli hadisələri bir neçə nəsildə təkrarlaması "transgenerasional ötürülmə" adlanır. Fransız psixoloqu Ann Anselin Şutzenbergerin tədqiqatları sayəsində klinik olaraq sübut edilmiş "il dönümü sindromu" və ya "atalar sindromu" termini yaranıb, lakin onun dəqiq iş mexanizmi hələ də məlum deyil.

Hesab edilir ki, belə bir ötürülmə baş verdikdə, bəzi hadisələr, əksər hallarda faciəvi olanlar, çox güclü hiss edilir və ya unudulması mümkün olmur. Bəzi hallarda, belə bir hadisə barədə məlumat genetik olaraq ötürülür, digər hallarda isə bu məlumat sonrakı nəsildə özünü göstərə bilər. Sadə desək, kəskin mənfi məlumat genetik olaraq sadəcə irsən ötürülür.

Hər bir insanın, psixoterapiyaya gələn hər birinin tarixi — bütöv bir nəsilin tarixidir. Hər birimiz böyük bir ailə sisteminin hissəsiyik, onun bütün üzvləri, hətta bizimlə çoxdan əlaqə saxlamayanlar və ya artıq həyatda olmayanlar belə bir-birinə təsir göstərir. Bizim daxili psixoloji sahəmizdə zaman yoxdur: bütün ailənin və nəsilin tarixi, nəsillər arasında ötürülür və təkrarlanır, bu isə bizim seçdiyimiz yolun üzərində ciddi təsir göstərə bilər.

Məsələn, hazırkı dövrdə maliyyə rifahının olmaması (şəxs aktiv işləsə də və asan pul axtarmasa da), müharibə sonrası çətin dövrlərin sindromunun nəticəsi ola bilər, o dövrlərdə təminat və rifah cəzalandırılırdı və hər cür tənqid edilirdi. O dövrlər artıq keçib, amma bu gün siz şüursuz şəkildə insanları "pis zənginlər" və "yaxşı kasıblar" olaraq ayıra bilərsiniz, bu isə özünüzün pul qazanmağınıza mane olur.

Və ya sonsuz qadın səbrini nümunə göstərmək olar. Tipik bir vəziyyət, burada kişi-abüzer fiziki və mənəvi zorakılıq tətbiq edir, asılılıqlardan əziyyət çəkir, amma qadın-qurban inadla səbr edir və onun başqa bir insan olmasını gözləyir. Səbr, keçmişdə qadınlarının xüsusi istedadı idi — bu, o dövrdə həyatın çətin olması ilə izah edilirdi. Bir çox kişilər cəbhəyə aparılırdı və əgər geri dönərdisə, onlara hər cür qayğı göstərilirdi. Bu qadınlar öz qızlarına da bunu öyrədirdilər, onlar da öz övladlarına. Bu vəziyyət, nəsillər boyu davranış normalarını bizə diktə edən, "atalar sindromu"nun tipik bir təzahürüdür.

Öz atalarınız haqqında məlumat axtarmağa çalışın, valideynlərinizin, nənə və babalarınızın, hətta ulubabalarınızın şəxsi münasibətlərinə baxın, kim necə yaşayıb və işləyib, onların taleləri necə formalaşıb. Keçmişinizi təhlil edərək, indiki vəziyyətinizlə bağlı çox şeyin aydınlaşdığını görəcəksiniz.

Lakin yalnız öz nəsil tarixini bilmək, genetik yaddaşın ağır yükündən qurtulmaq üçün kifayət deyil — bunun üçün müəyyən bir iş görmək lazımdır:

Ailə tarixinə daha dərindən baxın, qohumlarınızla ata-babalarınızın həyatı haqqında danışın, hansı mövzuların və ya şəxslərin haqqında danışılmasının adət olmadığını başa düşün, lazım gələrsə arxivlərə müraciət edin.

Ailənizin həyatından gözlənilməz faktların üzə çıxmasına hazır olun, hər zaman aydın və xoş olmayan hallar ola bilər.

Psixogenealogiya yanaşması ilə işləyən bir mütəxəssislə birlikdə, ailənizin genososiogrammasını hazırlayın.

Onun dəstəyi ilə ailə sirləri və onlarla əlaqəli çətin hissləri üzə çıxarın.

Unutmayın ki, genetik yaddaş bizim irsimizdir və doğru şəkildə istifadə edildikdə bu, gündəlik həyatımızı zəhərləyən bir yük deyil, dəyərli bir təcrübə ola bilər. Buna görə də, problemləri aşkar edib, onları həll edərək, genetik yaddaş üzərində işləmək vacibdir.


Saida Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: