Nəhayət? — Əfsanəvi Kəhrəba otağının izi tapıldı

Polşanın şimalında, keçmiş SS hərbi poliqonunun ərazisində aparılacaq qazıntılar zamanı İkinci Dünya Müharibəsi zamanı almanlar tərəfindən Çar kəndindəki Yekaterina sarayından oğurlanan əfsanəvi Kəhrəba otağının tapıla biləcəyi ehtimal olunur. Bu barədə O2 portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Bildirilir ki, Qdanskdakı abidələrin mühafizəsi üzrə vilayət idarəsi əvvəllər araşdırılmamış ərazidə qazıntı aparmağa icazə verib. Məlumata görə, həmin yerdə müharibə dövründən qalmış böyük bir alman bunkerinin yerləşdiyi güman olunur. Bu məlumat yalnız son dövrlərdə ortaya çıxıb.
İdarənin nümayəndəsi Marçin Tıminski bildirib ki, 1943-cü ildə həmin ərazidə SS qoşunları üçün hərbi poliqon yaradılıb və ətrafında çoxlu sayda bunker-anbar yerləşib.
Xatırladaq ki, Kəhrəba otağı (panellər, bəzəklər və pannolar) 1941-ci ildə almanlar tərəfindən Kenigsberqdəki Kral qəsrinə (indiki Kalininqrad) aparılmışdı. 1945-ci ilin yazında şəhərin hücumundan az əvvəl otaq müəmmalı şəkildə yoxa çıxmışdı. 1967-ci ildə otağın axtarışı üçün dövlət komissiyası yaradılmış, lakin nəticə vermədiyi üçün 1984-cü ildə ləğv edilmişdi. Kəhrəba otağı bu günə qədər tapılmayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:05
Gürcüstan Azərbaycana olan tarixi borcunu tam ödəyib
Cəmiyyət
Bu gün, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Bu gün, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Bu gün, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq