Niyə həyat yoldaşın üçün “ana”ya çevrilmək təhlükəlidir?

Psixologiyada belə bir anlayış var — simbiotik dinamika. Bu zaman tərəflərdən biri münasibətlər sahəsini “zəbt edir”: hər şeyi nəzarətdə saxlayır, xilas edir, xatırladır, qərar verir. Digəri isə uşaq mövqeyinə sürüşür: “Sən ağıllısan, sən qərar ver”. Bu kənardan qayğı kimi görünür, amma əslində bu – bərabər olmayan bir ittifaqdır. Burada bir tərəf inkişafdan dayanır, o biri isə tükənir.
Bəzən qadınlar münasibətlərdə özlərini o qədər məsuliyyətli, qayğıkeş hiss edirlər ki, fərqinə varmadan həyat yoldaşlarına ana kimi davranmağa başlayırlar. Onun yerinə qərar verirlər, işlərini xatırladırlar, nə etməli olduğunu deyirlər, hətta emosional ehtiyaclarını belə tənzimləməyə çalışırlar. Bu isə təhlükəli bir psixoloji modelə — “simbiotik dinamika”ya çevrilir.
Bu vəziyyətin nəticələri nə ola bilər?
Qadın tükənir – çünki hər şeyin yükü onun üzərində olur: həm ev, həm münasibətlər, həm qərarlar. Bu, emosional yanmaya (burnout) gətirib çıxarır.
Kişi inkişafdan qalır – çünki onun yerinə düşünən, qərar verən biri var. O, məsuliyyətdən uzaqlaşır, passivləşir və münasibətdə uşaq mövqeyinə keçir.
Romantik münasibət pozulur – çünki ana-oğul modeli olan yerdə sevgi və bərabərlik uzunmüddətli qala bilmir. Cazibə yox olur, qadın “qayğıverən ana” olur, kişi isə “tənbəl oğul”.
Nə etməli?
Rolları paylaşın. Münasibətdə hər iki tərəf məsuliyyət daşımalıdır. Qərarlar birgə verilməlidir.
Özünü izləməyi öyrən. Hər şeyi nəzarətə almaq istədikdə özündən soruş: “Mən indi partnerəm, yoxsa ana?”
Əməkdaşlıq ruhunu qoruyun. Münasibət ortaqlıqdır, valideynlik deyil.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Hadisə
Bu gün, 12:30
Güclü külək Naxçıvan və Ağdamda fəsadlar törədib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı