Çəkidə sabitlik — yaşlılıqda daha güclü yaddaşın açarı
Pensilvaniya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanlarda bədən çəkisinin dəyişməsi idrak qabiliyyətlərinin daha sürətli pisləşməsi ilə əlaqəli ola bilər. Obesity jurnalının məlumatına görə, 2011–2021-ci illərdə aparılan araşdırmada 65 yaş və yuxarı 4304 amerikalının çəki və psixi vəziyyəti izlənilib.
Tədqiqat nəticəsində məlum olub ki, ilkin göstərici ilə müqayisədə çəkisi 5%-dən çox dəyişən insanlarda yaddaş, məkan oriyentasiyası və icraedici funksiyaların daha sürətli zəifləməsi müşahidə olunub. Çəkisi sabit qalan şəxslərdə isə idrak qabiliyyətlərinin azalması minimum olub.
Araşdırmanın həmmüəllifi Muzi Na qeyd edib ki, bədən çəkisinin dəyişməsi ilə kognitiv funksiyaların zəifləməsi arasında açıq əlaqə mövcuddur. Lakin alimlərin vurğuladığına görə, nə arıqlama, nə də çəkinin gah artıb, gah azalması artıq çəkidən qoruyucu təsir göstərmir.
Mütəxəssislər bildirirlər ki, orta yaş dövründə artıq çəki idrak qabiliyyətlərinə mənfi təsir edir, yaşlılıqda isə “piylənmə paradoksu” deyilən fenomen müşahidə olunur. Tədqiqat yaşlı insanların kökəlməsinin vacibliyini təsdiqləmir, lakin kəskin çəki dəyişikliklərinin mümkün mənfi nəticələrinə diqqət çəkir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama