Anasını "WhatsApp" mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsi 2005-ci il təvəllüdlü Tərtər sakini Əsəd Məmmədovu (ad-soyad şərtidir) anasını qəsdən ağır xəsarət yetirməkdə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Qərar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) əsasında verilib.
Hadisə 10 aprel 2025-ci ildə Ağdərə rayonunun Suqovuşan qəsəbəsində baş verib.
Məhkəmə materiallarına görə, Əsəd Məmmədov anası Məhbubənin mobil telefonuna keçmiş qonşusu Qələndər tərəfindən "salam, nətərsən?" məzmunlu "WhatsApp" mesajı gəlməsi səbəbindən qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı mətbəx bıçağı ilə anasının sağ döş qəfəsinə bir zərbə vurub və bu, həyat üçün təhlükəli hesab olunan ağır xəsarətlə (hemotoraks) nəticələnib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismən təqsirli olduğunu qəbul edib və ifadəsində bildirib ki, hadisədən sonra peşman olub, anasını xəstəxanaya aparmaq üçün dayısına müraciət edib, daha sonra isə qorxudan Bərdə rayonuna qaçıb. Ertəsi gün əmisi ilə birlikdə polisə təslim olub. Zərərçəkmiş ana isə məhkəmədə oğlu ilə barışdığını bildirib və ona həbs cəzası verilməməsini xahiş edib.
Şahidlərin ifadələri də hadisəni təsdiqləyib. Kiçik qardaşı mesajı gördüyünü, dayısı isə yaralını xəstəxanaya apardığını qeyd edib. Məhkəmə-tibb ekspertizası xəsarətin bıçaqla vurulduğunu və ağır dərəcəli olduğunu müəyyənləşdirib. Təqsirləndirilən şəxsin psixiatrik ekspertizası onun hadisə zamanı anlaqlı olduğunu göstərib.
Məhkəmə, təqsirləndirilənin könüllü təslim olmasını, peşmançılığını və zərərçəkmişlə barışmasını yüngülləşdirici hallar kimi qiymətləndirib. Maddənin sanksiyasında 3 ildən 8 ilədək həbs nəzərdə tutulsa da, cəza aşağı həddə – 3 ilə təyin edilib. (baku.ws)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 15:00
Yıldız Tilbe-nin makiyaj paylaşımı bəyənilmədi — pərəstişkarları fotoshop etdi
Sağlamlıq
Bu gün, 13:30
Alimlər: tərəvəzlərdəki zeaksantin xərçəng hüceyrələrinə qarşı güclü silahdır
Siyasət
Bu gün, 13:00
Nadir Adilov BMT-nin Komitəsinə sədr müavini seçildi
Cəmiyyət
Bu gün, 12:30
Daha 18 milli standart hazırlanaraq təsdiq edilib
Cəmiyyət
Bu gün, 10:30
İsrail aviasiyası Homs ətrafını bombaladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə