Bu gün, 13:30 0 Hadisə

Gəncədə tikinti faciəsi: evin uçması nəticəsində bir nəfər öldü

Gəncədə tikinti faciəsi: evin uçması nəticəsində bir nəfər öldü
Gəncə şəhərinin Cavadxan qəsəbəsində faciəvi hadisə baş verib. Tikilməkdə olan evin uçması nəticəsində bir nəfər həlak olub. Bu barədə Report məlumat yayıb.

İlkin məlumata görə, dağıntılar altında qalan 1985-ci il təvəllüdlü ustabaşı Taleh Kərimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı daha üç nəfər — S. Məmmədov (2002-ci il təv.), T. Məmmədov (2003-cü il təv.) və T. Kərimov (2004-cü il təv.) yaralanıb. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda istintaq başlanıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: