Bu gün, 11:30 0 Dünya

Fransanın ilk prezidentinin nəvəsi həyat yoldaşı ilə Rusiyaya köçmək istəyir

Fransanın ilk prezidentinin nəvəsi həyat yoldaşı ilə Rusiyaya köçmək istəyir
Fransanın ilk prezidenti Şarl de Qollun nəvəsi və De Qoll Fondunun rəhbəri Pyer de Qoll həyat yoldaşı ilə birlikdə Rusiyaya köçmək istədiyini açıqlayıb. O, bu barədə Rusiya Dövlət Sosial Universitetinin (RDSU) tələbə və müəllimləri qarşısında çıxışı zamanı danışıb. Bu barədə TASS xəbər verir.

“Mən və həyat yoldaşım Rusiyada yaşamaq istəyirik və düşünürəm ki, bu, fransız-rus dostluğunun parlaq bir simvolu olacaq. (...) Biz bütün dünyaya göstərəcəyik ki, biz dostuq və (Rusiya ilə Fransa) bir-birimizi anlayırıq,” — deyə Pyer de Qoll bildirib.


Onun sözlərinə görə, hər iki ölkəni çoxşaxəli münasibətlər bağlayır. Bu əlaqələr mədəni və digər sahələrdə ortaq dəyərləri əhatə edir. De Qoll vurğulayıb ki, hansı şəraitdə olursa-olsun, bu münasibətləri davam etdirmək vacibdir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: