Misirdə 3000 ildən qədim məzarlar tapıldı

Misirin Lüqsor şəhərində Yeni Krallıq dövrünə (e.ə. 1539–1077) aid üç görkəmli dövlət xadiminin məzarı tapılıb. Bu barədə CNN Misir Turizm və Antik Əşyalar Nazirliyinə istinadla xəbər verir.
Turizm və Antik Əşyalar naziri Şərif Fathi tapıntını ölkənin arxeoloji tarixçəsi üçün “əhəmiyyətli” adlandırıb. Bildirilir ki, məzarlardakı yazılar onların sahiblərinin adlarını və vəzifələrini müəyyən etməyə imkan verib. Qalan yazıların tam təmizlənməsi və öyrənilməsi üçün isə vaxt lazım olacaq.
Məlumatda qeyd olunur ki, məzarlardan biri Ramessidlər dövrünün (XIX və XX sülalə) nümayəndəsi, Amun tanrısının məbədi və ya malikanəsində çalışan Amun-em-İpet adlı şəxsə məxsusdur. Bu məzar kiçik həyət və kvadrat zaldan ibarətdir, zalın sonunda isə şərq divarı dağıdılmış niş yerləşir.
İkinci məzar XVIII sülaləyə aiddir və taxıl anbarının mühafizəçisi Baki adlı şəxsə məxsusdur. Bu məzar bir neçə həyətdən ibarət olub, əsas girişə aparır. Həmçinin burada dəfn quyusunun olduğu bildirilir.
Üçüncü məzar da XVIII sülalədən olub, Amun məbədində müfəttiş, şimal oazislərinin meri və katib vəzifələrində çalışan Es adlı şəxsə məxsusdur. Onun məzarı kiçik həyət, quyudan, əsas girişdən və uzunsov zaldan ibarətdir.
Qeyd edək ki, bundan əvvəl misir-britaniya birgə ekspedisiyası Misirdə 100 ildən sonra ilk dəfə firon — Tutmo II-nin məzarını tapmışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Dünən, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi