Ofis pişiyinə dayəlik: Britaniya şirkəti saatına 100 funt maaş təklif edir

Britaniyanın mərkəzində yerləşən və aviasiya ticarəti üzrə ixtisaslaşmış “Aviamarket” şirkəti ofis pişiyi Cerri üçün dayə axtarır. Bu barədə “BBC” yazır.
İş üçün təklif olunan əməkhaqqı saatına 100 funt sterlinqə qədərdir ki, bu da çoxsaylı namizədlərin marağına səbəb olub.
Cerri — britaniya qısa tüklü pişiyidir və artıq uzun müddətdir ki, ofis həyatının ayrılmaz hissəsinə çevrilib. Şirkət onun həssas və diqqət tələb edən bir heyvan olduğunu bildirir. Dayənin vəzifələrinə pişiyi mütəmadi qidalandırmaq, tüklərinə qulluq etmək, rahat mühit yaratmaq və cümə günləri klassik musiqi səsləndirmək daxildir. Həmçinin, ayda bir dəfə lüks mağazalara aparılaraq ona yeni oyuncaqlar alınmalıdır.
İş qrafiki həftədə 8-dən 40 saata qədər dəyişə bilər. Namizədlər heyvanlara qulluq sahəsində təcrübəli, səliqəli və məsuliyyətli olmalıdırlar. Şirkətin qurucusu Viktor Martınovun sözlərinə görə, əvvəlcə sıx iş qrafikinə görə Cerri ilə ofisə gəlməyə başlayıb, lakin sonradan pişiyin işçilərin əhval-ruhiyyəsinə müsbət təsir etdiyini görüb.
Cerri sadəcə ev heyvanı deyil, artıq iş prosesinin tamhüquqlu iştirakçısına çevrilib. İşçilər hətta iş gününə başlamazdan əvvəl ona toxunaraq uğur diləməyi adətə çeviriblər. Bir dəfə Cerri danışıqlar zamanı müştərinin dizinə çıxaraq böyük müqavilənin bağlanmasına da “yardımçı” olub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:05
Gürcüstan Azərbaycana olan tarixi borcunu tam ödəyib
Cəmiyyət
Bu gün, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Bu gün, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Bu gün, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq