Cəlilabadda bıçaqlanma hadisəsi baş verib - VİDEO Eksklüziv

Cəlilabad rayonun Alar kəndində 3 yeniyetmə kənd sakininın iştirakı ilə bıçaqlanma hadisəsi baş verib. Belə ki, yaxınlarına məxsus dönərxana və kafe tipli obyektdə olan 2009-cu il təvəllüdlü Fuad Məmmədovla digər kənd sakini olan 2007- ci il təvəllüdlü Həsən Salamzadə Yalçın oğlu və 2006 - cı il təvəllüdlü İsaxan Rahim oğlu Nağıyevlə səbəbi hələ tam dəqiq olmayan məsələ üzərində mübahisələri düşüb. Dönərxana qarşısında başlayan söz - söhbət yaxınlıqdakı digər obyekdə davam edib. Yeniyetmələr məhz burada söhbətlərini bıçaqla həll etməyə çalışıblar. Hadisə səhər saat 10.00 radələrində baş verib. Mübahisənin davam etdirildiyi qapı bağlandığından qanlı hadisə sonrası içəridən çıxmaq istəyən yaralılar qapı şüşələrini sındırıblar. Hadisə obyekdəki kameraların da yaddaşına düşüb. Hadisə nəticəsində Salamzadə Həsən nisbi ağır xəsarət aldığından yaxınları tərəfindən dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına, İsaxan Nağıyev isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilib və həkim nəzarəti altındadır. Xəstəxanaya düşən yeniyetmələrin yaxınlarının verdiyi məlumata görə həmin yeniyetmələrin mübahisə yerinə gəldikləri "Ford" markalı avtomobilin də şüşələri naməlum şəraitdə sındırılıb.Qarşılıqlı olaraq tərəflərin bir-birlərini günahlandırması fonunda tərəflərin heç biri yeniyetmələrin məhz hansı səbəbdən bıçağa əl atdıqlarına dair hər hansı ehtimallar irəli sürməyiblər. DİN-Mətbuat Xidmətinin Lənkəran regional qrupu isə hadisə barədə məlumat yayaraq iki yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Fuad Məmmədovun saxlandığını bildirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Rusiya ordusunun itkiləri artır
Dünya
Bu gün, 18:00
İsraildə Qəzza zolağındakı gərginliyin artmasına qarşı genişmiqyaslı etirazlar keçirilib - VİDEO
Mətbəx
Bu gün, 17:00
Klassik Çizkeyk – Sadə və Dadlı
Siyasət
Bu gün, 16:51
Zelenski İlham Əliyevlə telefon əlaqəsi qurdu
Dünya
Bu gün, 16:00
Tramp-Putin sammitinin təhlükəsizliyi gizli saxlanılır
Sağlamlıq
Bu gün, 15:00
45 yaşdan yuxarı kişilərin spermasının İVK üçün istifadəsinin təhlükələri nələrdir?
Hadisə
Bu gün, 13:00
Tərtərdə 34 yaşlı kişini it parçalayıb
Cəmiyyət
Bu gün, 12:11
Havanın bu gün üzü dəyişəcək
Hadisə
Bu gün, 12:00
İsmayıllıda qəzada ölən gənc qızın FOTOSU
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi