20-12-2024, 12:17 0 İqtisadiyyat

G7 ölkələri Rusiya neftinin qiymət həddini gücləndirmək variantlarını müzakirə edir

G7 ölkələri Rusiya neftinin qiymət həddini gücləndirmək variantlarını müzakirə edir
G7 ölkələri Rusiya neftinin qiymət həddini gücləndirmək variantlarını müzakirə edir. Ulusum.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəzərdən keçirilən tədbirlər arasında cari qiymət tavanının bir barel üçün 60 dollardan 40 dollara endirilməsi və ya Rusiya neftinin daşınmasına və sığortalanmasına tam qadağa daxildir. Bununla belə, mənbələr müzakirələrin davam etdiyini və yekun qərarın hələ verilmədiyini vurğulayır.

Agentlik mənbələri bildirirlər ki, bu mövzunu müzakirə edərkən ölkələr “mümkün iqtisadi təsirləri, eləcə də dəniz təhlükəsizliyi məsələlərini nəzərə almağa çalışırlar”.

Eltun Məmmədov
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: