6-08-2024, 17:57 0 İqtisadiyyat

Almaniya NATO-nun müdafiə xərcləri hədəfinə çatmaq üçün xüsusi yol axtarır

Almaniya NATO-nun müdafiə xərcləri hədəfinə çatmaq üçün xüsusi yol axtarır
Almaniya NATO-nun müdafiə xərcləri hədəflərinə çatmaq üçün yol təmirini “hərbi xərclər” kimi təsnif edəcək

NATO qaydalarına görə, Almaniya hər il ÜDM-nin ən azı 2%-ni müdafiəyə ayırmalıdır. 2028-ci ilə qədər bu məqsədə çatmaq üçün Almaniya 100 milyard avrodan çox xüsusi fond yaradıb.

Handelsblatt bildirir ki, Almaniya hökuməti 2%-lik tələbə əməl etdiyini nümayiş etdirmək üçün müxtəlif strategiyalardan istifadə edir. Məsələn, keçən il xüsusi fonda faiz ödənişləri “hərbi xərclər” kimi təsnif edilib.

Bundesverin hərbi texnikasına, şəxsi heyətinə və pensiyalarına investisiya qoymaqla yanaşı, Almaniya indi yol tikintisi üçün vəsaiti “hərbi xərclər”ə daxil etməyi planlaşdırır. Bura dəmir yolları, yollar və körpülər daxil olmaqla “əsas hərbi yol şəbəkəsinin” inkişafı daxildir.

Eltun Məmmədov

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: