Bu gün, 11:00 0 İdman

Keçmiş ulduz futbolçu və çempion məşqçi Beşiktaşa qayıtdı

Keçmiş ulduz futbolçu və çempion məşqçi Beşiktaşa qayıtdı
İstanbulun “Beşiktaş” klubunun keçmiş futbolçusu və baş məşqçisi Sergen Yalçın yenidən komandanı çalışdıracaq. Bu barədə TRT Spor məlumat yayıb.

Qeyd olunur ki, Yalçın artıq bu gün məşqlərə qoşulacaq.

Xatırladaq ki, mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrına qədər “Beşiktaş”a rəhbərlik edib və komanda ilə birlikdə Türkiyə Superliqasının və ölkə kubokunun qalibi olub.

“Beşiktaş” yaxın günlərdə UEFA Konfrans Liqasındakı uğursuz çıxışdan sonra norveçli baş məşqçi Ole Qunnar Sulşerlə yollarını ayırmışdı.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: