Bu gün, 16:30 0 İdman

Basketbol meydanından haker şəbəkəsinə? – Kasatkin işi Fransada gündəm oldu

Basketbol meydanından haker şəbəkəsinə? – Kasatkin işi Fransada gündəm oldu
ABŞ Fransaya rusiyalı basketbolçu Daniil Kasatkinin ekstradisiyası üçün rəsmi sorğu göndərib. Bu barədə idmançının vəkili Frederik Belo TASS-a açıqlama verib.

“Prokurorluğun məlumatına görə, ABŞ hakimiyyətindən gələn ekstradisiya sorğusu Fransa Xarici İşlər Nazirliyi tərəfindən 19 avqustda alınıb”, – deyə vəkil bildirib.


Belo vurğulayıb ki, müdafiə tərəfi hələ də sənədləri almayıb, buna görə də Kasatkinin dərhal azadlığa buraxılması üçün vəsatət təqdim edilib. Vəsatətin baxılması 27 avqusta təyin olunub.

Kasatkin 21 iyunda Paris aeroportunda ABŞ-ın sorğusu əsasında həbs olunub. Onun “ransomware” proqramları ilə fəaliyyət göstərən haker şəbəkəsinin üzvü olmaqda və şəbəkə çərçivəsində “girov ödənişləri” barədə danışıqlar aparmaqda ittiham olunduğu bildirilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: