29-03-2025, 20:00 0 İdman

Braziliya millisi baş məşqçi ilə yollarını ayırıb

Braziliya millisi baş məşqçi ilə yollarını ayırıb
Braziliya millisinin baş məşqçisi Dorival Junior istefaya göndərilib.

Gözlənildiyi kimi, 62 yaşlı mütəxəssisin istefası özünü çox gözlətməyib.

“Ulusum”.az xəbər verir ki, Juniorun gedişi barədə nüfuzlu insayder Fabrizio Romano məlumat verib və müxtəlif Braziliya mənbələri də eyni məlumatı paylaşıblar.

Dorival Junior 2024-cü ilin yanvarından "pentakampeonlara" rəhbərlik edir. Komanda baş məşqçinin rəhbərliyi altında keçirilən son matçda DÇ-2026-nın seçmə mərhələsində Argentina millisinə böyük hesabla uduzub (1:4). Dorivalın əvəzlənməsi ehtimal olunanlardan biri də Real Madriddə çalışan Karlo Ançelottidir.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: