27-03-2025, 16:03 2 Köşə

Vaqif Osmanov- Həyatın Dərinliklərinə Səyahət

Vaqif Osmanov- Həyatın Dərinliklərinə Səyahət
Vaqif Osmanov, 1971-ci ildə Ağsu rayonunun Elabad kəndində anadan olmuş, çağdaş Azərbaycan ədəbiyyatının mühüm nümayəndələrindən biridir. Hər zaman öz şeirləri ilə oxucusunun qəlbini fəth edən şair, həm də ədəbi aləmdə özünəməxsus yer tutan bir müəllifdir. Vaqif Osmanovun şeirlərində həyatın müxtəlif çalarları, sevginin və vətənə bağlılığın dərindən hiss olunan təsiri və insan ruhunun müxtəlif vəziyyətləri öz əksini tapır.

Vaqifin ilk kitabı "Sənsiz yaşaya bilmirəm" adı ilə, ata sevgisinin ən dərin və saf hissiyatlarından doğan bir əsərdir. Bu əsərdə, gənc bir insanın ürəyindən çıxan duyğular ən səmimi şəkildə kağıza tökülüb. O, bu kitabla həyatın təzadlarını, sevginin həsrətini, vətənin acılarını və zövqünü şeirlərinə sığdırmağa çalışmışdı. Bu əsər onun yalnız özünü deyil, bütün bir xalqın əzabını və sevincini əks etdirən bir güzgü olmuşdu.

Vaqifin şeirlərində, yalnız hər bir sözün içində bir dünya var idi. Hər bir cümlə bir duyğu, bir rəng, bir hiss idi. O, şeirlərində insan ruhunun dərinliklərinə enir, oxucusuna ürəyinin ən gizli künclərini açırdı. Lirikası ilə, o, yalnız yazmır, həm də insanın öz içindəki incəlikləri kəşf etməyə çağırırdı.

"Qələbən mübarək Azərbaycan" adlı 9-cü kitabı isə onun təntənəli şeir dünyasının yeni bir mərhələsi idi. Vətənə olan sevgisini, şəhidlərimizin ruhuna olan hörmətini və xalqının mübarizliyini, zəfərini bu kitabda özəl bir şəkildə təsvir etmişdi. Şairin sözləri, oxucusunu qürurlandırır, Azərbaycan xalqının gücünü və müstəqillik uğrunda verdiyi əzmkarlığı bir daha xatırladırdı.

Vaqif Osmanovun təmsil etdiyi Azərbaycan Yazıçılar Birliyi onun ədəbiyyat sahəsindəki əhəmiyyətini və töhfələrini yüksək qiymətləndirmiş və şairə Prezident mükafatı təltif edilib. Bu, şairin ədəbiyyata verdiyi əvəzsiz xidmətin, onun şeirlərinin və düşüncələrinin xalq arasında necə böyük təsir yaratdığının göstəricisidir.

Vaqif Osmanovun şeirləri yalnız kitab səhifələrində yox, hər bir insanın qəlbində, düşüncələrində, gündəlik həyatında yaşayır.

Onun yaradıcılığı ilə hər bir oxucu öz həyatına, öz dəyərlərinə, öz insanlığına dair yeni mənalar tapır.

Qələmə aldığı hər bir kəlam hər zaman aktual olacaq və oxucularına öz həyat yollarını tapmağa kömək edəcəkdir.
Uğurlar Sizə şair!

R.İkramlı

Şərhlər:
Seymur
Friday saat 00:46

Agsuludusa yaxwi yazar olar.O torpagin geninde yaradiciliq sevi vetene bagliliq var

Gulnar
Friday saat 00:48

Agsunun mikayil mirzesi sabir sarvani vaqif osmanov kimi yazarlari coxdu

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: