ABŞ-da məktəb direktoru uşaqlara oyuncaq tapança ilə hədə-qorxu gəldiyinə görə işini itirib

ABŞ-da şagirdlərə oyuncaq tapança ilə hədə-qorxu gələn məktəb direktoruna məhkəmə prosesi açılacaq. Bu barədə Law&Crime portalı məlumat yayıb.
Kentukki ştatında ibtidai məktəbin keçmiş direktoru Duan Rayt, iki şagirdi hədələməkdə ittiham olunur. Valideynlərdən birinin məhkəməyə təqdim etdiyi iddiaya əsasən, 2019-cu ilin sentyabrında Rayt öz kabinetində masanın üzərinə tapançaya bənzər bir əşya qoyaraq, pis davranışlarına görə sinifdən çıxarılan iki ikinci sinif şagirdinə “özlərini yaxşı aparmazlarsa, onları canavarlara yedirdəcəyini” deyib.
Daha sonra direktor sübut edib ki, tapança oyuncaq olub və o, həmin oyuncağı başqa bir şagirddən götürüb. Lakin məktəbin qaydalarına görə, hətta "oyuncaq kimi görünən" bir silah təhdid, qorxu və ya təqib üçün istifadə edilərsə, həqiqi silah kimi qəbul edilə bilər. Bundan əlavə, məlum olub ki, Rayt həmin şagirdləri cəzalandırmaq məqsədilə bir gün ərzində kabinetindən çıxmağa icazə verməyib.
İddiada qeyd olunur ki, şagirdlər silahın real olduğuna inanıb qorxublar və ağlayıblar. Uşaqlardan birinin anası bildirib ki, hadisədən sonra onun oğlunun davranışı dəyişib və o, "tez-tez enurez, qarın və baş ağrıları" ilə üzləşib. Uşaq həmçinin iddia edib ki, direktor onu başqa bir səhv hərəkətinə görə "şapalaqlayıb". Lakin şagirdlərin bu iddiaları "əsassız" və "inandırıcı deyil" kimi qiymətləndirilib və Rayta qarşı heç bir intizam tədbiri görülməyib.
Duan Rayta qarşı iddia qaldırıldıqdan sonra o, iki aylıq vəzifəsindən uzaqlaşdırılıb. 2024-cü ilin martında isə yerli məktəbdəki direktor vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Şagirdlərin valideynləri Raytın uşaqlarla işləməsinə qadağa qoyulmasını və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İş üzrə məhkəmə araşdırmaları davam edir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Bu gün, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Dünya
Bu gün, 17:00
Tramp Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir
Sağlamlıq
Bu gün, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib