Şamaxıda kütləvi zəhərlənmə baş verib

Şamaxıda kütləvi zəhərlənmə baş verib. Zəhərlənməyə səbəb qonaqlara verilən tort olub. Hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, məclisdə iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 10-a yaxın sakin təcili tibbi yardım avtomobili ilə aparılıb, digərləri isə xəstəxanaya özləri müraciət edib. Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. Məlikçobanlı kənd icra nümayəndəsi Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil edilib. Qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.
Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov
Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.
Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
“Bananı da yumaq lazımdır!” – Ekspert
Maraqlı
Dünən, 17:00
Yayın istisində bu meyvələrə diqqət yetir
Maraqlı
Dünən, 14:00
Nəhayət? — Əfsanəvi Kəhrəba otağının izi tapıldı
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu