Netanyahudan qərarsızlıq: HƏMAS razılaşmasa, İsrail ordusu nə edəcək?

İsrailin Baş naziri Benyamin Netanyahunun bu həftə ərzində, əgər HƏMAS atəşkəs razılaşmasına razılıq verməsə, İsrail ordusunun Qəzzədəki mümkün addımları ilə bağlı qərar verməyəcəyi bildirilir. Bu barədə “CNN” məlumat yayıb və mənbə olaraq vəziyyətdən xəbərdar olan şəxsi göstərib.
Məlumatda qeyd olunur ki, İsrail hökumətində Qəzzədə atılacaq növbəti addımlar barədə ciddi daxili fikir ayrılıqları mövcuddur.
Keçən həftə CNN ABŞ və İsrail nümayəndə heyətlərinin Qətərin paytaxtında keçirilən atəşkəs və girovların azad edilməsi üzrə danışıqlardan geri çəkildiyini xatırladaraq bildirmişdi ki, bundan sonra HƏMAS müzakirələrdə iştirakını dayandırıb.
Bununla belə, HƏMAS nümayəndəsi Bəsim Nəim CNN-ə açıqlamasında bildirib ki, əgər Qəzzədə humanitar vəziyyət ciddi şəkildə yaxşılaşdırılarsa və İsrail tərəfindən yazılı cavab alınarsa, təşkilat daimi atəşkəs və İsrail ordusunun ərazidən tam çıxarılması barədə danışıqlara qayıtmağa hazırdır.
O əlavə edib ki, “aclıq şəraitində danışıqları davam etdirmək mənasız və təsirsizdir”.
CNN qeyd edir ki, hazırda Qəzzədəki humanitar böhran səbəbindən sülh danışıqları dalana dirənib. Bu həftə BMT açıqlayıb ki, bölgədəki 2,1 milyon insanın hamısı kəskin ərzaq qıtlığı ilə üz-üzədir və aclıqdan onlarla insan həyatını itirib.
Ulusum.az
“Qərar bu həftə qəbul olunmayacaq”, – deyə həmin mənbə bildirib.

“Qəzzədəki fəlakətli humanitar vəziyyətin ciddi şəkildə yaxşılaşdırılması və düşmənin addımlarımıza yazılı cavab verməsi olduqca vacibdir. Bu, danışıqlara qayıtmaq üçün əsas şərtdir”, – deyə o bildirib.
O əlavə edib ki, “aclıq şəraitində danışıqları davam etdirmək mənasız və təsirsizdir”.
CNN qeyd edir ki, hazırda Qəzzədəki humanitar böhran səbəbindən sülh danışıqları dalana dirənib. Bu həftə BMT açıqlayıb ki, bölgədəki 2,1 milyon insanın hamısı kəskin ərzaq qıtlığı ilə üz-üzədir və aclıqdan onlarla insan həyatını itirib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:05
Gürcüstan Azərbaycana olan tarixi borcunu tam ödəyib
Cəmiyyət
Bu gün, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Bu gün, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Bu gün, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq