10-07-2025, 13:00 0 Hadisə / Dünya

Həbsxanasında dava: Dustaq, mühafizəçi və ziyarətçilər bir-birinə girdi

Həbsxanasında dava: Dustaq, mühafizəçi və ziyarətçilər bir-birinə girdi
Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatında yerləşən həbsxanada dustaqlarla ziyarətçilər arasında dava düşüb.

Bu barədə The Daily Mail yazıb.

Hadisə 8 fevral tarixində Sidney şəhərindən 210 km aralıda yerləşən Bathers həbsxanasında baş verib. Davanın səbəbi – görüş zamanı davranış qaydalarının pozulması olub.

29 və 36 yaşlı bir cütlüyün başladığı mübahisəyə daha üç ziyarətçi də qoşulub. Onlar vəziyyəti sakitləşdirmək əvəzinə, əksinə, münaqişəni daha da alovlandırıblar. Dava böyüyəndən sonra mühafizəçilər müdaxilə edib. Təəssüf ki, onlardan biri qolu sınmış halda xəstəxanaya aparılıb.

Hadisəni başladanlar xuliqanlıq və hücum maddələri ilə məhkəmə qarşısına çıxarılıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: