Yeniyetmə qızın görüntülərini yayan şəxsə ağır cəza verildi

Bakıda yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Tural Məmmədovun məhkəməsi başa çatıb.
Ulusum.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı şəxs Cinayət Məcəlləsinin 171-1.2.1, 178.1 və 182.2.2-ci (uşaq pornoqrafiyasının dövriyyəsi, dələduzluq və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Müəyyən edilib ki, evli və bir uşaq atası olan Tural 2024-cü ildə tanış olduğu 2008-ci il təvəllüdlü qızı onu sevdiyinə inandırıb. O, yetkinlik yaşına çatmayan qızı bir neçə dəfə Sabunçu rayonunun Ramana qəsəbəsindəki evə apararaq orada intim münasibətdə olub. Kişi həmin vaxt videolar çəkərək özündə saxlayıb. Qızdan onun yaxınlarının, ailə üzvlərinin nömrəsini də alıb. Qarşı tərəfin niyyətinin ciddi olduğunu zənn edən yeniyetmə onun ailə üzvləri ilə tanış olmaq istədiyini düşünərək nömrələri verib. Lakin bir müddət sonra Tural qızı hədələməyə və 500 manat pul tələb etməyə başlayıb. Pul ala bilməyəndən sonra onun intim görüntülərini ailə üzvlərinə göndərib, həmçinin "TikTok" sosial şəbəkəsində paylaşıb.
Bundan sonra Tural haqqında cinayət işi açılıb və o saxlanılıb. Onun başqa şəxsə məxsus evi digər bir vətəndaşa göstərərək 125 min manata satacağı adı ilə 3 min manata yaxın beh aldığı və pulu mənimsədiyi də müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural qeyd edilən maddələr üzrə təqsirli bilinib, 10 il həbs cəzası verilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Dünən, 20:11
Aida Tağızadə vəfat etdi
Hadisə
Dünən, 20:04
Siyəzəndə zəlzələ oldu
Texnologiya
Dünən, 18:30
Rusiya öz peyk internetini yaradır
Hadisə / Şou-biznes
Dünən, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Dünən, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq