Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO

Hindistanın Ahmadabad şəhərində Air India şirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğradığı ərazidə bir nəfər sağ tapılıb. Bu barədə 12 iyun tarixində ANI agentliyi polisin məlumatına istinadla xəbər yayıb. Daha əvvəl AFP agentliyi şəhər polis komissarına istinadla "böyük ehtimalla qəzadan sağ çıxan olmayıb" yazmışdı.
Təyyarədə ümumilikdə 242 nəfər olub. Onların arasında Hindistan, Böyük Britaniya, Portuqaliya və Kanada vətəndaşları da var idi. Sərnişinlər arasında Qucarat ştatının keçmiş qubernatoru Vidjay Rupani də olub. Təyyarə şəhərin yaşayış məhəlləsində yerləşən həkimlər üçün nəzərdə tutulmuş yataqxananın üzərinə düşüb.
Polis bildirib ki, təyyarə düşən binaların sakinləri arasında da ölənlər var. Hindistanın səhiyyə naziri qeyd edib ki, "çox sayda insan həlak olub", lakin hələ dəqiq rəqəmlər açıqlanmayıb.
Hindistanın Baş naziri Narendra Modi "X" sosial şəbəkəsində yazıb: “Ahmadabadda baş verən faciə bizi sarsıtdı və kədərləndirdi. Bu, sözlə ifadə olunmayacaq dərəcədə bir ağrıdır. Bu kədərli saatda qəlbim bütün zərərçəkənlərlədir”.
Yeganə sağ qalan: Britaniya vətəndaşı Vışvaş Kumar Rameş
Hindustan Times yazır ki, sağ qalan sərnişin Böyük Britaniya vətəndaşı, 40 yaşlı Vışvaş Kumar Rameşdir. O, Hindistandakı ailəsini ziyarət edib və qardaşı Acay ilə birlikdə Böyük Britaniyaya qayıdırmış. Qəza anında 11A yerində otururmuş.
Rameş deyib: “Uçuşdan 30 saniyə sonra güclü bir səs eşidildi, ardınca isə təyyarə yerə çırpıldı. Hər şey çox tez baş verdi. Ətrafımda insanlar, cəsədlər, dağıntılar var idi. Kimsə məni götürüb təcili yardım maşınına apardı”.
Air India-nın AI171 reysi qəza ilə nəticələndi
Qəza 12 iyun tarixində baş verib. Ahmadabaddan Londona yollanan AI171 reysi qəza nəticəsində yerə çırpılıb. Air India şirkəti bildirib ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Sosial şəbəkələrdə qəzanın anını əks etdirən görüntülər yayılıb. Videoda təyyarənin hündürlük itirərək yerə yaxınlaşdığı, ardınca isə güclü partlayış və duman qalxdığı görünür. Flightradar məlumatına görə, təyyarə havaya qalxdıqdan cəmi bir dəqiqə sonra – 190 metr (625 fut) yüksəklikdə radarlardan itib. O, həkim və onların ailələrinin yaşadığı binalara çırpılıb.
Boeing səhmləri 5% dəyər itirdi
AFP yazır ki, qəza xəbəri yayıldıqdan sonra 12 iyun səhər saatlarında Boeing şirkətinin səhmləri 5% ucuzlaşıb. Boeing-dən bildirilib ki, Air India ilə əlaqə saxlanılıb və onlara hər cür dəstək göstəriləcək.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:30
Aİ sərhəd qaydalarını dəyişir
Türk dünyası / Türkiyə
Bu gün, 16:00
İstanbul Baş Prokurorluğu: Korrupsiya və dələduzluqla bağlı geniş əməliyyat
Dünya
Bu gün, 15:30
Vaşinqtonda sərt tədbirlər — Tramp kimə bənzədildi?
Mətbəx
Bu gün, 15:00
Nektarinli Krambl — Yayın Ləzzəti - VİDEO
Dünya
Bu gün, 14:30
ABŞ liderinin İsrail səfəri atəşkəsin taleyinə bağlıdır
Cəmiyyət
Bu gün, 14:09
İlk köç karvanı Kolatağ kəndinə çatıb
Maraqlı
Bu gün, 14:00
NASA sirri açdı: Mistika yox, elm?
Siyasət
Bu gün, 13:54
Ukraynaya növbəti humanitar yardım göndərilib
Maraqlı
Bu gün, 12:30
Hipnozla xəyanət xatirələrini silmək olarmı?
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO