Sabirabadda dəhşətli faciə: Yanğın bir ailənin həyatını məhv etdi! FOTO VİDEO

Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən dəhşətli yanğın bir ailənin həyatını alt-üst edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə daxil olan ilkin məlumata əsasən, kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus fərdi yaşayış evində güclü yanğın baş verib.

Əraziyə dərhal FHN-in xilasetmə qüvvələri cəlb olunub. Təəssüf ki, 240 kvadratmetr sahəsi olan, 6 otaqlı və 2 mərtəbəli ev tamamilə yanıb. Yanğın zamanı ailənin dörd üzvü – ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı və onların iki körpəsi – 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy və 2024-cü il təvəllüdlü İmansoy Esma həlak olublar.

Bahar Niyaz qızı və digər oğlu, 1983-cü il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu möcüzə nəticəsində sağ qalaraq yanğından xilas olunublar.
Yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Dünən, 20:11
Aida Tağızadə vəfat etdi
Hadisə
Dünən, 20:04
Siyəzəndə zəlzələ oldu
Texnologiya
Dünən, 18:30
Rusiya öz peyk internetini yaradır
Hadisə / Şou-biznes
Dünən, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Dünən, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq