30-05-2025, 10:07 0 Hadisə / Cəmiyyət

Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir

Elgün İbrahimovun ölümü ilə bağlı istintaq davam etdirilir
Elgün İbrahimovun Gəncə şəhərində baş verən ölümü ilə bağlı aparılan istintaq nəticəsində müəyyən edilib ki, o, hündürlükdən yıxılaraq çoxsaylı xəsarətlər alıb və bu xəsarətlər nəticəsində həyatını itirib. İstintaq zamanı əldə olunan sübutlar, o cümlədən müşahidə kameralarının görüntüləri, şahid ifadələri və ekspertiza rəyləri onun ölümünün zorakılıq nəticəsində baş vermədiyini təsdiqləyib.

Elgün İbrahimovun mobil telefonunu sataraq borclarını ödədiyi və tanışları ilə görüşdükdən sonra təkbaşına istifadəsiz yataqxanaya getdiyi müəyyən edilib. Orada siqaret çəkdikdən sonra eyvandan yıxılaraq ağır xəsarətlər alıb və xəstəxanada vəfat edib.

İstintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması üçün mediadan və ictimaiyyətdən məsuliyyətli davranış tələb olunur. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

R.Daşdəmirova
Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: