Doğuş faciəyə çevrildi: Günay 3-cü övladını dünyaya gətirdikdən sonra həyatını itirdi- VİDEO

3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib.
Ulusum.az Xəzər TV-yə istinadən məlumat verir ki, ailəsinin sözlərinə görə, qeysəriyyə əməliyyatı "Yeni Klinika"da uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə palataya yerləşdirilib.
Mərhumun anası qızının ölümünün həkim səhlənkarlığından baş verdiyini iddia edir. Onun dediyinə görə, 33 yaşlı qadında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar.
Anasının bildirdiyinə görə, mayın 6-da xəstəxanaya yerləşdirilən, qeysəriyyə üsuli ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-da vəfat edib. Ailə bildirib ki, ölüm hadisəsi olduğuna görə prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, ekspertizadan rəy gözləyirlər.
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Bu gün, 20:11
Aida Tağızadə vəfat etdi
Hadisə
Bu gün, 20:04
Siyəzəndə zəlzələ oldu
Texnologiya
Bu gün, 18:30
Rusiya öz peyk internetini yaradır
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq