Bu gün, 11:45 0 Hadisə

77 min nəfər evdə qalmaq əmri aldı — Alkalada kimyəvi təhlükə

77 min nəfər evdə qalmaq əmri aldı — Alkalada kimyəvi təhlükə
İspaniyada Plainsur şirkətinə məxsus, Alkala-de-Guadaira şəhəri yaxınlığında yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində təhlükəli kimyəvi bulud meydana gəlib. Bu barədə Express nəşri məlumat yayıb.

Təhlükə səbəbilə təxminən 77 min nəfər əhalisi olan şəhərin sakinlərinə evlərindən çıxmamaq, bütün pəncərələri sıx bağlamaq və bayıra çıxmamaq tövsiyə olunub.

Zavodun əməkdaşları əvvəlcə yanğını özləri söndürməyə çalışsalar da, alovun sürətlə yayılması səbəbilə ərazini tərk etməyə məcbur olublar. Qara tüstü o qədər sıx olub ki, 80 kilometr məsafədən belə görünüb.

Zavodda müxtəlif kimyəvi həlledicilər saxlanıldığından, havaya yayılan maddələrin tərkibi ilə bağlı narahatlıq daha da artıb. Son məlumatlara əsasən, xəsarət alan yoxdur, lakin fövqəladə xidmətlər vəziyyəti nəzarətdə saxlayır.

Bu, son zamanlarda ikinci belə hadisədir: 10 mayda Barselona yaxınlığındakı başqa bir kimyəvi anbarın yanması nəticəsində 160 min insan evdə qalmaq əmri almışdı.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: