28-04-2025, 14:21 0 Hadisə

Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb

Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilmiş nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində yerləşən "Ailə park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi müəyyən edilib. Təbiətə 13 380 manat məbləğində ziyan dəydiyi təsdiqlənib. Faktla bağlı akt tərtib olunub, materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi nəzərdə tutulur. "Ailə park" MTK-ya kəsilmiş ağacların əvəzində yeni yaşıllıqların salınması tapşırılıb.


✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: