Məktəb psixoloqlarının və sosial işçilərin rolu artırılmalıdır - Ekspert

"Hazırkı təhsil proqramlarında yetkinlik dövrü, şəxsi sərhədlər və sağlam münasibətlər haqqında biliklər ya ümumiyyətlə yoxdur, ya da olduqca məhdud şəkildə verilir".
“Ulusum”.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.
Ekspertin sözlərinə görə belə hadisələrin qarşısını almaq üçün yalnız valideynləri və ya məktəbi günahlandırmaq çıxış yolu deyil:

"Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri 13 yaşlı qızın dünyaya uşaq gətirməsi oldu. Bu hadisə cəmiyyətimizdə ciddi rezonans doğurdu və müxtəlif ittihamlar səsləndirildi. Bəziləri məsuliyyəti uşağın valideynlərinin üzərinə qoydu, digərləri isə məktəb rəhbərliyini günahlandırdı. Əslində, bu hadisə təkcə bir fərdin, ailənin və ya məktəbin deyil, bütövlükdə sistemin ciddi boşluqlarını üzə çıxarır. Məhz bu səbəbdən də təhsildə erkən yaşda nikah və hamiləlik halları ilə bağlı maarifləndirmənin aparılması məsələsi bir daha gündəmə gəldi."
"Təhsil yalnız akademik biliklərin ötürülməsindən ibarət deyil. O, həm də sosial bacarıqların, etik dəyərlərin və həyati biliklərin aşılanması prosesidir",- deyə Ə.Həsənli qeyd edib:
"Lakin təəssüf ki, ölkəmizdə yetkinlik dövrü, cinsi tərbiyə, erkən nikah və erkən hamiləlik mövzularına münasibət hələ də konservativ çərçivələrlə məhdudlaşır. Bu məsələlərin açıq şəkildə müzakirə olunması əvəzinə, onların qadağan olunmuş mövzular kimi qəbul edilməsi problemi daha da dərinləşdirir."
İlk olaraq cəmiyyətdə bu mövzuların açıq müzakirəsi hələ də qəbuledilməz sayılır. Bu isə o deməkdir ki, uşaqlar ya ümumiyyətlə məlumatlandırılmır, ya da məlumatları qeyri-rəsmi və çox vaxt yanlış mənbələrdən əldə edirlər. İkinci əsas səbəb isə məktəblərdə çalışan pedaqoji heyətin bu mövzularda maarifləndirmə aparmaq üçün lazımi bilik və bacarıqlara sahib olmamasıdır. Hazırkı təhsil proqramlarında yetkinlik dövrü, şəxsi sərhədlər və sağlam münasibətlər haqqında biliklər ya ümumiyyətlə yoxdur, ya da olduqca məhdud şəkildə verilir.

Bütün bu faktorlar göstərir ki, məktəblərdə bu sahədə aparılan işlər gücləndirilməlidir. Beynəlxalq təcrübə sübut edir ki, sistemli şəkildə həyata keçirilən cinsi tərbiyə proqramları erkən hamiləlik, məişət zorakılığı və yetkinlik dövrü ilə bağlı digər problemlərin azalmasına müsbət təsir göstərir. Əgər biz bu kimi hadisələrin təkrarlanmasını istəmiriksə, təhsil sistemində bir sıra addımlar atılmalıdır".
Ekspert vurğulayıb ki, ilk növbədə məktəb psixoloqlarının və sosial işçilərin rolu artırılmalıdır:
"Şagirdlərə fərdi və qrup şəklində konsultasiyalar keçilməli, onların anonim şəkildə suallarını verə biləcəyi və doğru cavablar ala biləcəyi mühit formalaşdırılmalıdır. Eyni zamanda valideynlərlə də bu mövzularda iş aparılmalı, onların maarifləndirilməsi üçün xüsusi təlimlər təşkil olunmalıdır. Digər vacib addım isə rəsmi tədris proqramlarında bu mövzulara xüsusi yer ayırmaq, müəllimlər üçün metodiki vəsaitlər hazırlamaqdır.
Cinsi tərbiyə yalnız fiziki-bioloji biliklərlə məhdudlaşmamalıdır. Buraya şəxsi sərhədlər, zorakılığın tanınması və qarşısının alınması, sağlam münasibətlər və hüquqi maarifləndirmə kimi mövzular da daxil edilməlidir. Məktəb və ailənin bu mövzularda əməkdaşlığı gücləndirilməli, gənc nəslin biliksiz qalmasının qarşısı alınmalıdır.
Vacib olan problemin kökündə dayanan səbəbləri aradan qaldırmaq və ona kompleks yanaşmaqdır. Təhsil, ailə və cəmiyyət birgə şəkildə məsuliyyət daşımalı və erkən yaşda hamiləlik hallarının qarşısını almaq üçün sistemli iş aparmalıdır".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 10:46
İlham və Mehriban Əliyevlər Murovdağ tunelinin texniki açılışında iştirak ediblər
Dünya
Bu gün, 10:00
Makronun Fələstin addımı İsraildə narazılıq doğurdu
Hadisə
Bu gün, 09:52
Şəmkirdə 20 nəfər dönərdən zəhərləndi
Dünya
Bu gün, 09:30
Ukrayna üzrə sülh təklifi bir həftəyə hazır ola bilər
Dünya
Bu gün, 09:00
İsrail ordusu Qəzza şəhərinə hücuma başladı
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO