Bu şəxslərin nikahı pozulacaq – SİYAHI
Respublikada nikahın bağlanması üçün bir sıra şərtlər var. İki şəxsin həddi-büluğa çatması, ən azı 18 yaşı olması, onların özlərinin razılığı, tibbi müayinədən keçməsi və digər şərtlər müəyyənləşib. Bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsində əksini tapıb.
Eyni zamanda nikahı qadağan edən və ya nikah bağlandıqdan sonra qanunla nikaha xitam verilməsinə səbəb olan meyarlar da mövcuddur.
Ötən gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına imkan verilməyəcək.
Bəs hansı hallarda nikaha xitam verilə bilər?
Ulusum.az Bizim.Media-ya istinadən bildirir ki, bu barədə danışan vəkil Əsabəli Mustafayevin sözlərnə görə, bu hallar Ailə Məcəlləsinin iki maddəsində öz əksini tapıb:
"Bizdə nikah yaşı 18-dir, ancaq 18 yaşına çatmış şəxslər nikaha girə bilər. Müəyyən əsaslar olduqda yaş həddi bir il aşağı salına bilər. Buradan göründüyü kimi, 18 yaşına çatmayan şəxslərin nikah bağlamaq hüququ yoxdur. Əgər müvafiq icra orqanının razılığı varsa, bu, 17 yaşdır. Nikah yaşı Ailə Məcəlləsinin 10-cu maddəsində öz əksini tapıb.
Bir də həmin məcəllənin 12-ci maddəsi var, bu maddə nikah bağlanmasına mane olan hallarla bağlıdır. Bu, yaxın qohumlar arasında nikahı qadağan edir. Yaxın qohumlara əmi qızı, xala qızı və bu kimi qohumlar aid edilmir. Yaxın qohumlar ifadəsi dedikdə valideynlər və uşaqlar, nənə, baba və nəvələr, dogma və ögey qardaş və bacılar nəzərdə tutulur. Yəni bunlar arasında nikah bağlana bilməz. Övladlığa götürülənlə övladlığa götürən arasında da nikahın bağlanması qadağandır.
İkisindən biri və yaxud hər ikisi başqa nikahda olan bu şəxslər, tibbi müayinədən keçməyənlər, ikisindən biri və ya hər ikisi ruhi xəstə olanlar, əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab olunan şəxslər nikah bağlaya bilməzlər".
O bildirib ki, əgər bu hallara məhəl qoyulmadan hansısa formada nikah bağlanıbsa, həmin nikaha xitam verilir:
"Əgər Maddə 10-da göstərilən nikah yaşı və maddə 12-də göstərilən nikahın bağlanmasına mane olan hallar ola-ola nikah bağlanılıbsa, onda bu, nikahın etibarsız olması, ona xitam verilməsi üçün əsasdır. Adətən, qanuni nikahda nikaha xitamvermə bir tərəfin tələbi ilə məhkəmə qaydasında olur. Bir də var nikahın etibarsız hesab olunması, yəni deyilən hallar olaraq nikah bağlanmasından söhbət gedir.
Məsələn, xarici vətəndaş Azərbaycana gəlib, burada nikah bağlayıb. Amma heç kim bilmir ki, o, gəldiyi və ya başqa ölkədə evlidir. Belə hallar çox olur. Bu məlum olanda nikaha xitam verilir".
Hüquqşünas saxta nikahlar məsələsindən də danışıb:
"Nikahın da etibarsızlığı məhkəmə qaydasında tanınır. Şəxslərin ailə qurmaq iddiaları yoxdur, amma nikaha girirlər. Kimsə Azərbaycana gəlir, burada oturum icazəsi, vətəndaşlıq almaq üçün buranın vətəndaşı ilə saxta nikah bağlayır. Məlum olanda ki, bunların niyyəti başqadır, buna xitam verilir. Belə nikahlara təkcə tərəflərin tələbi ilə deyil, müvafiq dövlət qurumlarının tələbi ilə xitam verilə bilər.
Tərəflər də tələb edə bilər, məsələn aldanan tərəf sonradan bilib ki, ailə qurduğu şəxs fəaliyyət qabiliyyətsizdir və ya başqa ölkədə kiminləsə ailəlidir. Zavod və fabriklərin mənzil verdiyi vaxtlarda saxta nikahlar çox idi. Rəsmi nikah ailə qurmaq niyyəti ilə yaranır. Saxta nikahlar isə bu niyyətlərdən kənardır. Dövlət qurumlarının ixtiyarı var ki, bununla bağlı məhkəmədə iddia qaldırsın".
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
3-06-2024, 14:00
İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan
17-05-2024, 12:30
Sosial müavinətlərin hansı növləri var və nə zaman təyin edilir? Ulusum.az xəbər verir ki, sosial müavinətlər –
20-04-2024, 11:24
Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Bu barədə ULUSUM-a Milli Məclisin Mətbuat və
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Bu gün, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Bu gün, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Siyasət
Bu gün, 07:49
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
Dünən, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
Dünən, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Hadisə
Dünən, 16:23
Olaf Şolts Rusiyanın "Oreshnik" ballistik raketindən istifadəsini "qorxunc eskalasiya" hesab edir
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib