20-04-2024, 11:00 0 Gündəm / Cəmiyyət

Öskürəyi anında kəsəcək

Öskürəyi anında kəsəcək

ULUSUM.az xəbər verir ki, fəsil dəyişkənliyi dövründə boğaz ağrısı, öskürək xəstəliklərinə tez-tez rast gəlinir. Bu baxımdan razyana bitkisinin faydalarını bilməyin yeridir. 

Belə ki, razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir, amma daha böyük, daha ətirli bitkidir.

Razyana toxumlarının tərkibindəki 4-6 faiz efir yağı var. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Razyananı məhz  tərkibindəki efir yağı üçün becərirlər. O yabanı formada istənilən çətin şəraitdə yetişir, quraqlığa davamlıdır.
Dərman məqsədilə  budaqlarından və toxumlarından istifadə olunur. Razyanadan əsasən, keçmək bilməyən öskürəkdən, həmçinin köp şikayətləri zamanı geniş istifadə olunur. Hətta çoxsaylı dərmanların təsirindən daha güclü olduğu bildirilir.  

Qeyd edək ki, şəfalı bitkidən qurudulmuş və yaşıl halda istifadə olunur. 



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: