Məktəblərdə İlk Günlərdən Narahat Edici Hadisələr: Səbəb Valideyn Nəzarətsizliyi və İntizam Boşluqları
Dərs ilinin ilk günlərindən etibarən məktəblərdə baş verən bıçaqlanma və canlı yayım zamanı nalayiq ifadələrin işlədilməsi kimi hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur.
Ulusum.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu cür neqativ halların yaranmasında əsas məsuliyyət təkcə məktəbin deyil, ailənin və ümumilikdə cəmiyyətin formalaşdırdığı nəzarətsiz mühitin üzərinə düşür.
Ekspert vurğulayır ki, bir çox valideynlər övladlarının tərbiyəsini sosial mediaya həvalə edir, məktəblərdə isə nizam-intizamı təmin edən mexanizmlər yetərincə səmərəli işləmir.
Dünyada bəzi ölkələrdə məktəblərdə mobil telefondan istifadə ya qadağan olunub, ya da sərt şəkildə tənzimlənir, lakin Azərbaycanda bu istiqamətdə hələ də sistemli yanaşma formalaşmayıb.
Kamran Əsədov bildirir ki, müəllim təkcə bilik verən deyil, eyni zamanda şagirdlər arasında nizam-intizamı qoruyan əsas fiqurdur.
Lakin bir sinifdə onlarla şagirdə eyni vaxtda həm tədris, həm də davranış baxımından nəzarət etmək ciddi çətinliklər yaradır.
Sevindirici haldır ki, Elm və Təhsil Nazirliyi məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi və rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirmə işlərini diqqətdə saxlayır.
Bununla belə, məktəb və valideyn arasında əlaqənin zəif olması məsuliyyətin dəqiq bölüşdürülməsinə mane olur. Şagirdin dərs zamanı sosial şəbəkədə yayıma qoşulması təhsil prosesinə və məktəb mühitinə ciddi zərbə vurur.
Bu kimi halların qarşısını almaq üçün konkret qaydalar formalaşdırılmalı, telefon istifadəsi ilə bağlı nəzarət gücləndirilməli və ailə–məktəb münasibətləri daha funksional hala gətirilməlidir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Bu gün, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Mətbəx
Bu gün, 12:00
Qızardılmış Xır-Xırt Badımcan
Sağlamlıq
Bu gün, 11:00
Diz Ağrıları
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
