BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dahi bəstəkar və publisist Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə onun milli musiqimiz və publisistikamızdakı xidmətlərindən, ictimai fəaliyyətindən və yaradıcılıq irsindən bəhs olunub.

Fakültənin rəhbər heyəti və müəllimləri Üzeyir bəyin jurnalistikaya verdiyi töhfələri xüsusi vurğulayıblar. Çıxışlarda Prezident İlham Əliyevin imzaladığı yubiley Sərəncamı da xatırlanıb.

Tədbir tələbələrin milli dəyərlərə bağlılığını artırmaq baxımından əhəmiyyətli hesab edilib. Sonda Üzeyir Hacıbəylinin irsi ilə bağlı fikir mübadiləsi aparılıb.

R.İkramlı
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
