Kamran Əliyev Naxçıvanda əməliyyat müşavirəsi keçirib
Baş prokuror Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirib
Baş prokuror Kamran Əliyev sentyabrın 18-də Naxçıvana səfər edərək prokurorluq orqanlarının əməkdaşları ilə əməliyyat müşavirəsi keçirib. Müşavirə öncəsi iştirakçılar Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Baş prokuror 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsini ölkəmizin birliyi və müstəqilliyinin əlaməti kimi dəyərləndirib, həmçinin Heydər Əliyevin prokurorluq sahəsində xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarını vurğulayıb.

O, işğaldan azad olunmuş ərazilərdə birinci vitse-prezident Mehriban Əliyevanın da iştirakı ilə bərpa və infrastruktur layihələrinin həyata keçirilməsi barədə məlumat verib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın vəziyyəti, insan hüquqlarının müdafiəsi və görülən işlər müzakirə olunub, Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev isə prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Baş prokuror Kamran Əliyev hüquq mühafizə orqanlarının əməkdaşlığının davam etdiriləcəyinə əminliyini ifadə edib, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün tapşırıqlar verib.

Səfər zamanı prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Naxçıvan prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.
Ulusum.az
R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Bu gün, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Mətbəx
Bu gün, 12:00
Qızardılmış Xır-Xırt Badımcan
Sağlamlıq
Bu gün, 11:00
Diz Ağrıları
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
