Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var.
Deputat Tamam Cəfərova məişət zorakılığı ilə bağlı qanunun təkmilləşdirilməsini və qadın qətllərinə qarşı sərt cəzaların tətbiqini təklif edir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova məişət zorakılığı ilə bağlı qanuna yenidən baxılmasının vacibliyini vurğulayıb. O, təklif edib ki, qanun müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar bu prosesə cəlb edilsin.
Ulusum.az xəbər verir ki, deputat qadın qətllərinin hələ də ciddi problem olduğunu, xüsusilə yaxınları tərəfindən törədildiyini bildirib. O, həmçinin yeniyetmələrin və ailə üzvlərinin qətl faktlarına diqqət çəkib.
Tamam Cəfərova qadın qətllərinə görə ömürlük həbs cəzasının tətbiq olunmasının müzakirəsi üçün ictimai dinləmələrin keçirilməsini təklif edib.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
