Komanda-qərargah təlimləri YEKUNLAŞDI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.
Müdafiə Nazirliyindən ULUSUM.az saytına verilən xəbərə görə, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.
Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.
Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Dünən, 20:00
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Şou-biznes
Dünən, 19:00
“Qızılcık Şərbəti” yenidən ekranlara qayıdır – yeni mövsüm, yeni rejissor, yeni simalar!
Sağlamlıq
Dünən, 17:30
Həyəcanlı İnsanlar Nələri Yeməməlidir?
Dünya
Dünən, 16:30
25 ölkənin Qəzza bəyanatına İsraildən Sərt Reaksiya
Sağlamlıq
Dünən, 13:30
Maddələr mübadiləsi nə vaxt zəifləyir?
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Senator Qrem: “Putin 51-ci gün Xameneiyə zəng etməyə məcbur qalacaq”
“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi