Britaniyadan İrana qarşı YENİ SANKSİYAAR

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.
ULUSUM.az xəbər verir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PUA sənayesinə qarşı yeni sanksiyalar elan edib.
ABŞ və Kanada ilə koordinasiyalı şəkildə tətbiq edilən tədbirlərin İranın pilotsuz uçuş aparatlarını işə salma imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.
Qeyd olunub ki, sanksiyalar PUA istehsal edən şirkətlər şəbəkəsinin dörd müəssisəsini və iki direktorunu hədəf alır.
“İran rejiminin İsrailə təhlükəli hücumu minlərlə mülki itki və daha geniş regional eskalasiya riski yaradıb. Bu gün Böyük Britaniya və bizim tərəfdaşlarımız aydın mesaj göndərib: biz İranın destruktiv davranışına görə məsuliyyət daşıyanlardan hesab soruşacağıq”, - Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.
Britaniya həmçinin İrana dron və raket komponentlərinin ixracına dair yeni qadağalar gətirəcəyini bəyan edib.
Xatırladaq ki, İran aprelin 13-də Dəməşqdəki konsulluğuna iki həftə əvvəl edilmiş hücuma cavab olaraq İsrailə raket və dronlarla hücum edib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 14:30
Elm adamları aqressiv süd vəzi xərçənginin “gizli idarəçisini” tapdı – yeni ümid doğuldu
Maraqlı
Bu gün, 14:00
Alimlər ana ilə körpə arasındakı “bağın” 100 milyon illik təkamülünü ortaya çıxardı
Dünya
Bu gün, 13:30
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi şəkildə tanıdı
Sağlamlıq
Bu gün, 12:00
Beynin qan dövranını yaxşılaşdıran pəhriz açıqlandı
Dünya
Bu gün, 11:30
ABŞ-İran münasibətləri ilə bağlı Trampdan siqnal: Onlar mənimlə danışmaq istəyirlər
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Xəzər Universitetinin Məzun Günü mərasimi
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Tramp Xameneini ölümdən qurtardığını deyir