Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
Ulusum.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, - o bildirib.
M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları təbii fəlakətlər, onların yaratdığı təhlükələr, iqlim dəyişikliyi və TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər.
Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcəklər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər