Tovuzda narkokuryer saxlanıldı VİDEO - YENİLƏNİB

Tovuzda narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulusum.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Rəşad Babakişiyev saxlanılıb. Həmin şəxsdən 1 kiloqram 810 qram heroin və 1 kq 690 qram marixuana aşkarlanıb.
Araşdırmalarla zamanı R. Babakişiyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Asif Abdullayev saxlanılıb. Onun evinə baxış zamanı “TT” və “PSM” markalı tapançalar, sandıqca, eləcə də 3 ədəd patron aşkarlanıb. O, silahları bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Araşdırmalar davam etdirilir.

Ulusum.az Qərb Bürosu
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib