28-06-2024, 09:00 0 Gündəm / Hadisə

Narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulusum.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kq olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: