İran vətəndaşı Lənkəranda saxlanıldı

Polis əməkdaşları İran vətəndaşından 20 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən Lənkəran sakinlərini saxlayıblar.
Bu barədə Ulusum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.
Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 10:30
“Böyük gün” – Tramp 18 avqustu elan etdi!
Cəmiyyət
Bu gün, 10:20
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Hadisə
Bu gün, 09:40
FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb
Dünya
Dünən, 21:00
Avropada vətəndaş müharibəsi riski 95%-ə çatdı!
Populyar Xəbərlər