Bu gün, 10:30 0 Dünya

“Böyük gün” – Tramp 18 avqustu elan etdi!

“Böyük gün” – Tramp 18 avqustu elan etdi!
ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, Avropa İttifaqı ölkələrinin liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş ərəfəsində Ağ Evdə “böyük gün” keçiriləcək. Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.

Tramp vurğulayıb ki, 18 avqust Ağ Ev üçün çox önəmli gün olacaq. Onun sözlərinə görə, ABŞ üçün bu qədər sayda Avropa siyasətçisini qarşılamaq böyük əhəmiyyət daşıyır.

“İndiyə qədər heç vaxt eyni vaxtda bu qədər Avropa lideri ilə görüş keçirməmişəm”, – deyə Amerika lideri qeyd edib.


Məlumata görə, 18 avqustda Vaşinqtonda Tramp və Zelenski arasında görüş keçiriləcək. Görüşdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens də iştirak edəcək. Zelenski artıq ABŞ-a yola düşüb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: