Bu avtomobillər kəskin ucuzlaşdı

Təklif tələbi üstələdi.
Son günlər avtomobil bazarında təklif tələbi üstələyib. Bu səbəbdən avtomobil bazarında ikinci əl maşınlar xeyli ucuzlaşıb. Xüsusən də, qiyməti 10 min manatadək olan avtomobillərin qiyməti kəskin düşüb. Bundan əlavə, dizel mühərrikli köhnə avtomobillərə də maraq azalıb.
Ucuzlaşma nə ilə əlaqədardır?
Ulusum.az Bizim.Mediaya istinadən xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, maşın bazarında baş verən proseslərə bir neçə amil təsir edir:
“İlkin olaraq onu demək lazımdır ki, taksi fəaliyyəti ilə bağlı hökumətin yeni qərarı avtomobil bazarına əsaslı şəkildə təsir etdi. Çünki istehsal müddəti 15 ildən artıq olan avtomobillərlə taksi xidməti göstərmək artıq qadağan edilir. Halbuki ölkədəki taksi parkının 80-85 faizi məhz 15 ildən artıq istismarda olunan avtomobillərdir.
Nəzərə alaq ki, təkcə Bakıda 70 minə yaxın taksi var. Bu taksilərin də böyük əksəriyyəti köhnə avtomobillərdir. Hökumət də deyir ki, Bakıda 20 min avtomobilin taksi xidməti göstərməsi kafidir.
Deməli, 50 min taksi dövriyyədən çıxarılır. Bundan əlavə, rayonlarda və şəhərlərarası taksi xidməti göstərən avtomobillərində 90-95 faizi köhnə maşınlardır. Bu qədər taksi fəaliyyəti ilə məşğul olan avtomobilin döriyyədən çıxması təbii ki, köhnə avtomobillərə marağı kəskin azaldıb.
Bundan başqa, bu ildən etibarən avtomobillər DYP tərəfindən texniki baxışdan keçirilən zaman həm də utilizasiya xərci ödəməlidirlər. Bu da avtomobilə olan marağı azaldır. Üstəlik, hibrid və ekomobillərin ölkəyə gətirilməsinə yandırılan “yaşıl işıq”da köhnə avtomobil bazarına öz təsirini göstərib”.
Akif Nəsirli hökumətin avtoparkın yenilənməsini bir tələb kimi qarşıya qoyduğunu da qeyd edib:
Məhz bu və digər səbəbdən ikinci əl avtomobillərin ucuzlaşması, ən əsası isə təklifin tələbi üstələməsi prosesi gedir. Amma bu o demək deyil ki, köhnə avtomobillər dövriyyədən çıxarılır. Sadəcə olaraq, bəzi adamlar taksi kimi istifadə etdiyi avtomobildən bir növ qurtulmaq istəyir.
Təklif tələbi üstələdiyi üçün də bazarda sürətli ucuzlaşma gedir. Yaxşı olar ki, dünya təcrübəsini nəzərə alaraq, Azərbaycan hökuməti də vətəndaşların yeni avtomobillərə əlçatanlığını artırmaq üçün tədbirlər görsün. Belə olarsa, onda avtoparkın yenilənməsi daha sürətlə və ağrısız keçər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 19:00
“QHT işi” üzrə daha iki nəfər həbs olunub
Dünya
Bu gün, 18:00
Trampın fikrincə, ticarət müharibəsi hələ bitməyib
Dünya
Bu gün, 17:30
TikTok satış müqaviləsi təxirə salınacaq
Dünya
Bu gün, 17:00
Tramp: ABŞ dünyanın ən güclü silahına malikdir
Dünya
Bu gün, 16:30
ABŞ miqrantlarına deportasiya təzyiqi
Dünya
Bu gün, 16:00
Suriyanın Moskvadakı səfiri istefa verəcək
Cəmiyyət
Bu gün, 15:30
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Siyasət
Bu gün, 15:02
İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb
Siyasət
Bu gün, 14:34
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir