Ünvanlı yardım üçün bunlar tələb olunmayacaq - RƏSMİ

Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd olunması tələb edilməyəcək.
Ulusum.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov "Ünvanlı yardım" elektron sisteminin yenidən qurulması ilə əlaqədar ünvanlı yardım üçün müraciət prosedurunda tətbiq edilən yeniliklərə dair keçirdiyi brifinqdə açıqlayıb.
O, yardım üçün müraciət edərkən "Ərizə-bəyannamə"də qeyd edilməsi tələb olunmayan məlumatların sırasını qeyd edib. Bu sıraya əmək haqqı, pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqaviləsinin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatlar daxildir.
DSMF sədri bu məlumatların e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə ediləcəyini deyib.
O, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə- bəyannamə" də düzgün qeyd olunmadığı müəyyən edildikdə, həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.
Bildirilib ki, yeni "Ünvanlı yardım" e-sisteminə giriş yalnız "Digital (ASAN) Login" üzərindən mümkün olacaq.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Dünya
Bu gün, 16:00
Aclıq, müharibə, ölüm… Sudan faciəsi dərinləşir
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO