Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - VİDEO

Azərbaycanın cənub bölgəsi zəngin təbiəti, tarixi abidələri və mədəni irsi ilə diqqət çəkir.
Ulusum.az xəbər verir ki, bu bölgə ziyarətçilərə həm dincəlmək, həm də macəra dolu anlar yaşamaq imkanı verir.
Lənkəran, Astara, Lerik və Masallı kimi şəhərlər təbiət möcüzələri, unikal fauna və flora ilə doludur. Məşhur Hirkan Milli Parkı, Talış dağlarının əzəməti və Xəzər dənizinin sahilləri bu bölgəni turistlər üçün cəlbedici edir. Burada həmçinin tarixi məscidlər, qalalar və xalq sənətkarlığı nümunələri də böyük maraq doğurur. Azərbaycanın cənub bölgəsi, mülayim iqlimi və qonaqpərvər insanları ilə turistlərə unudulmaz təcrübə vəd edir.
Bu il artıq cənub bölgəsində otel, restoran, eləcə də istirahət məkanları yay mövsümünə start verir. Artıq, qonaqlar öncədən bron etdikləri istirahət mərkəzlərinə gəlməyə başlayıblar. Qonaqlar əsasən paytaxtdan, respublikanın digər rayonlarından, Rusiyadan, Asiya və eləcə də Avropa ölkələrindən gələn turistlərdir. Turistlərə əsasən cənub bölgəsinin mətbəxi, eləcə də Avropa mətbəxindən olan yeməklər təklif olunur. Otellərdə qiymətlər saya görə 90 manatdan 300 manata kimi, restoranda yeməklər isə nəfərə görə 30 manatdan 100 manata kimi dəyişir.
Qeyd edək ki, bəzi istirahət mərkəzlərində əlverişsiz hava şəraitinə görə yay mövsümünə hazırlıq işləri gec aparılıb.
Ulusum.az bununla bağlı hazırlanmış reportajı sizlərə təqdim edir:
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Vaxtından əvvəl damarların qocalmasının əlamətləri
Dünya
Bu gün, 13:00
Avstraliya Fələstin dövlətini tanıyacaqmı?
Cəmiyyət
Bu gün, 12:48
Rayonlararası qatarların hərəkət cədvəli yeniləndi
Köşə
Bu gün, 12:04
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Rusiya ordusunun itkiləri artır
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO