Bu gün, 11:00 0 Maraqlı

Fırtınalar və Qlobal istiləşmə çimərlikləri sürətlə azaldır

Fırtınalar və Qlobal istiləşmə çimərlikləri sürətlə azaldır
Dünyanın müxtəlif yerlərindəki çimərliklər yox olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb isə iqlim dəyişiklikləri nəticəsində qumun yuyulmasıdır, xəbər verir Financial Times.

"Mayamidən Barselonaya, Avstraliyanın Qızıl Sahilinə qədər hökumətlər yaxın illərdə sahil xəttinin necə qorunacağını araşdırır... Eroziyanın bəzi səbəbləri təbii olsa da, buna fırtınalar, güclü gel-gitlər və insan fəaliyyətindən qaynaqlanan qlobal istiləşmə səbəbindən buzlaqların sürətlə əriməsi də təsir edir," məqalədə vurğulanır.

Məsələn, 2020-ci ildən bəri Şimali Karolinanın Rodant şəhərində 11 ev sahil xəttinin eroziyası səbəbindən okeana uçub və bir çoxları da dağılış təhlükəsi altındadır.

Barselonada isə hər il təxminən 30 min kubmetr qum yuyulur ki, bu da 12 olimpik hovuzun ölçüsünə bərabərdir və bu proses fırtınalar səbəbindən daha da sürətlənir.

Qəzet qeyd edir ki, bu problem xüsusilə önəmlidir, çünki dünya əhalisinin 10%-i sahildən 5 kilometrdən yaxın yaşayır və bu səbəbdən bəzi çimərliklər tamamilə yox ola bilər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: