Bu gün, 10:30 0 İqtisadiyyat / Dünya

"Nissan" Avropada və digər regionlarda ixtisarlara hazırlaşır

"Nissan" Avropada və digər regionlarda ixtisarlara hazırlaşır
Reuters, şirkətin daxili sənədlərinə istinadən, Nissan-ın Avropa və digər regionlarda ixtisarlara hazırlaşdığını bildirib.

Hazırda Fransadakı Avropa ofisində təxminən 560 əməkdaş çalışır. Şirkət rəhbərliyi və həmkarlar ittifaqı könüllü işdən çıxmalar mövzusunu müzakirə edir. Danışıqların 20 oktyabradək başa çatacağı, tam məlumatın isə noyabrda işçilərə təqdim ediləcəyi gözlənilir.

Reuters-in məlumatına görə, dəyişikliklər Nissan-ın Afrika, Yaxın Şərq, Hindistan və Okeaniyadakı nümayəndəliklərinə də təsir edəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: