22-05-2024, 14:25 0 Gündəm / Cəmiyyət

22 may Beynəlxalq Biomüxtəliflik Günüdür

22 may Beynəlxalq Biomüxtəliflik Günüdür
İlk baxışdan kainatda mövcud olan hər şey bağımsız, müstəqil görünsə də, əslində, canlı və cansız varlıqlar bir-biri ilə əlaqədardır.

Alimlər tərəfindən aparılan hər bir araşdırma dünyamız haqqında yeni bir məlumatı üzə çıxarır. Bu da onun necə mükəmməl yaradılışından xəbər verir.

Xüsusilə təbiətin flora və fauna aləmi son illərdə təhlükə altında olduğundan onun ciddi mühafizəyə ehtiyacı var.

Ulusum.az xatırladır ki, bu gün - 22 may Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Dünyada olduğu kimi, ölkəmizdə də hər il bioloji müxtəlifliyi günü müxtəlif silsilə tədbirlər formasında qeyd edilir. Belə ki, bütün milli park və qorğular da bu günlə bağlı maarifləndirici tədbirlər və təlimlər maarifləndirici, deməli, müzakirələr, dəyirmi masalar təşkil edilir.

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bununla bağlı Ulusum.az-a müsahibə verib:
"Ümumiyyətlə, bioloji müxtəlifliyin qorunması istiqamətində ölkənin apardığı, deməli, ekoloji siyasətin xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Bildiyiniz kimi, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi məqsədilə yaradılan xüsusi mühafizə olunan təbiət əraziləri bir neçə kateqoriyadan ibarətdir. Hazırda ölkədə 893 000 hektarlıq ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi mövcuddur və bunlara 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı daxildir. Və eləcə də ölkədə digər kateqoriyalı mühafizə olunan təbiət ərazilərinin geopark, biosfer, qoruğun yaradılması istiqamətində hazırda işlər aparılır".

Arzu Babayeva həmçinin bildirir ki, yaxın gələcəkdə Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və Zaqatala Biosfer Qoruğun, eləcə də palçıq vulkanlarının bazasında, deməli, palçıq vulkanları ilə bağlı geoparkın yaradılması nəzərdə tutulub və hazırda bu istiqamətdə işlər aparılır.

"İlisu Dövlət Təbiət qoruğunun ərazisinin genişləndirilərək milli park statusunun verilməsi, həmçinin də Acınohur ərazisində yeni milli parkın yaradılması ilə bağlı artıq işlərə başlanılıb və eləcə də Milli park və dövlət təbiət qorğularından kənar ərazilərdə qalan nadir flora növlərinin bitki növlərinin mühafizəsi məqsədilə hal hazırda mikrorezervatların yaradılması ilə bağlı işlər aparılır. Belə ki, Qırmızı Kitabın üçüncü nəşrindən sonra alim və mütəxəssislərin tövsiyələrinə əsasən milli park və qoruqlardan kənarda qalan nadir növlərin mühafizəsi məqsədilə məhz mikrorezervatların yaradılması tövsiyə edilib".

Qeyd edək ki, hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət sahələri ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bu ərazinin 3,7 faizi Milli parkların payına düşür.

Ağa Dadaşzadə

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: