"Citynet"dən ŞİKAYƏT: “Aprelin 15-dən internet yoxdur..” EKSKLÜZİV
ULUSUM.az saytına izləyici - Pərvin Muradxanov tərəfindən daxil olan şikayətə əsasən, "Citynet" internet şirkətində problemlər yaranıb. Onun sözlərinə əsasən, Aprelin 15-dən bəri internetin verilişində fasilələr yaranıb. Ümumiyyətlə, internetin keyfiyyəti də xeyli aşağı düşüb.
Şikayətçi iddia edir ki, bununla bağlı şirkətin qaynar xətt nömrəsinə zəng edərək məlumat versə də, heç bir cavab gəlməyib.
Məsələ ilə əlaqədar Şirkətdən ULUSUM.az-a verilən məlumata görə, şikayətdən xəbərdardırlar. Yaşanan problemin internet provayderlərlə bağlı olduğunu bildirən şirkət rəsmisi problemin yaxın zamanda həllini tapacağını bildirib.
Ümumiyyətlə, internet problemi ölkəmizdə aktual olaraq qalır.
Bu sahədə özəl şirkətlərin sayı getdikcə artsa da, nədənsə rəqabət prinsipi aşağı səviyyədədir. Ümid edirik ki, problemlər işıqlandıqca, çatışmazlıqlar aradan qalxacaq.
ULUSUM.az saytı olaraq məsələni diqqətdə saxlayacağıq.
Ağa Dadaşzadə